Bazar ertəsi, 06 May

"Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam" - Robert Koçaryan da SƏRSƏMLƏDİ

image

“Hadrut və Şuşanın qaytarılmasına çalışacağam”.

Xəbər verilir ki, bunu bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib. O, hakimiyyətə gəlsə Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata yenidən baxmayacağını bildirib. Çünki bu sənədin əsas bəndləri artıq icra olunub.

“Bütün ən pis şeylər artıq baş verib… Üstəlik, denonsasiya əsirlərin qaytarılmasına olan ümidləri də puça çıxaracaq”, – deyə o qeyd edib.

Koçaryan heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağını bildirib.

“Mən heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam. Bunun üçün hər gün çox çalışmalıyıq – əsas odur ki, cəhd et, hərəkətsiz qalma”, – deyə Koçaryan sərsəm çıxış edib.

Hakimiyyətə gəlmək üçün hər şeyə hazır olan Robert Koçaryan boş-boş vədlərlə ancaq ermənilərin başını qata bilər, Azərbaycan Ordusunun “Dəmir yumruğu” həmişə hazır vəziyyətdədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15